TürkPA və Türk Şurası Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirib

TürkPA və Türk Şurası Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirib
16:22 12 Aprel 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri açıq, şəffaf, milli və beynəlxalq qanunvericiliyə uyğun keçdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) və Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda xalqın iradəsini sərbəst ifadə etməsi üçün, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün bütün tədbirlər görülüb.

Bundan başqa, vurğulanıb ki, beynəlxalq və yerli müşahidəçilər üçün bütün şərtlər yaradılmışdı.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR