Serbiya Prezidenti: Azərbaycan vətəndaşları İlham Əliyevin ideyalarının gücünə inanır

Serbiya Prezidenti: Azərbaycan vətəndaşları İlham Əliyevin ideyalarının gücünə inanır
16:27 12 Aprel 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.

Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR