Qəhrəman sürücü - infarkt keçirən sərnişini xilas etdi/ VİDEO

Samsunun İlkadım bölgəsi İlyasköy məhələsində bir avtobus sürücüsü infakt keçirən sərnişini xəstaxanaya çatdıraraq həyatını xilas edib.

Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, ürək xəstəsi olan İsa Keleş (60) Təhsil və Tədqiqat Xəstəxanasına getmək üçün Samsun Böyükşəhər Bələdiyyəsi avtobusuna minib. Daha sonra onun vəziyyəti pisləşməyə başlayıb.

Vəziyyətin kritik olduğunu görən avtobus sürücüsü heç bir dayanacaqda durmadan xəstəxanaya sürüb. Xəstə ilk müdaxilədən sonra reanimasiya şöbəsinə qaldırılıb. Onun infarkt keçirdiyi məlum olub.

Hadisə anı avtobusun təhlükəsizlik kamerasına düşüb.


https://metbuat.az/news/932178/dehset-qadin-ozu-il...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR