Play Store

“Seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuşdu” – Müşahidəçilər

ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən 11 aprel prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransı keçiriblər.

Metbuat.az-ın məlumatına görə, konfransda ATƏT-in qısa müddətli müşahidə missyasının xüsusi koordinatoru və rəhbəri Nilza de Sena bildirib ki, onlar Azərbaycan xalqının dostlarıdır: "Azərbaycan hakimiyyət orqanlarının beynəlxalq seçki müşahidəsinə xoş rəftarını və seçkiqabağı dövrdə Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyət göstərdiyini qeydə aldıq. Biz hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırıq və qeyd edək ki, 11 aprel seçkiləri yaxşı hazırlanmışdı. Seçicilər öz imkanlarından normal şəkildə istifadə edə bilmişdi.

Hazırda vəzifədə olan prezidentin lehinə hakim partiyanın təşkil etdiyi seçkiqabağı təşviqat tədbirləri yaxşı təşkil və təmin olunmuşdu. Eyni zamanda, hazırki prezident özü təşviqat kampaniyasında iştirak etməsə də, ölkə üzrə səfərlər edib və bir çox yüksək səviyyəli xarici rəsmiləri qəbul edib”.

Seçkini izləmək üçün 38 üzvdən ibarət olduqlarını bildirən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Viorel Reşord Badea deyib ki, hər bir millətin öz rəhbərini seçmək hüququ var: “Biz seçkilərin demokratik qaydalara uyğun olmasına nəzarət etdik. Azərbaycan demokratik dövlətlər sırasına daxildir. Ölkəyə insan haqlarının yaxşılaşdırmasına dair işləri davam etdirməyi tövsiyə edirik".

Azərbaycanda prezident seçkilərini izləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri müşahidə missiyasının rəhbəri Koryen Yonker bildirib ki, Azərbaycan ATƏT-in üzvüdür və ölkənin üzərinə götürdükləri öhdəlikləri var: "Seçki müşahidə nümayəndəmiz seçkiləri izləyib. ATƏT Parlament Assambleyası hakimiyyətin ölkəni azad və ədalətli seçkilər üçün olan siyasi mühitə doğru inkişaf etdirdiyi bütün addımlarını qətiyyətlə dəstəkləməyə davam edəcək. Missiyalar işi birlikdə görməkdir və bütün ölkədə obyektiv müşahidəyə əsaslanır. Bizim qiymətləndirməmiz bu gün səhərə kimi davam edib."

Koryen Yonker qeyd edib ki, 350 müşahidəçi seçkiləri izləyib.

Müşahidəçilər bildiriblər ki, seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuşdu. Eyni zamanda qeyd edilib ki, Seçki Məcəlləsi ətraflıdır və yaxşı tərtib olunub.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Sərvan Şəldiyev

“Ermənistan cəmiyyəti Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar” – Tahir Kərimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR