Şəmkirdə evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb.

Metbuatşaz apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon Polis şöbəsinin baş müstəntiqi Mehrab Məmmədov rayon sakini Elçin Əmiraslanov Polis Şöbəsinə müraciət edərək, ona məxsus mənzildən 4 min manat nağd pulun oğurlandığını bildirib.

Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxsin əvvəllər oğurluq və qəsdən adam öldürməyə görə 10 il məhkumluq həyatı yaşamış İsmayılov Ülvi Əlişir oğlu olduğu müəyyən edilib. İstintaq zamanı Ü.İsmayılovun Şəmkir şəhəri, Məmməd Araz küçəsi-46 ünvanından ev sahibi İlyasov İlkinə məxsus 300 manat nağd pulu oğurladığı da məlum olub. Həmçinin saxlanılan şəxsin bu ilin 7 aprel tarixində rayonun Posanlı yaşayış massivində İmanov İdrisin mənzilinə qanunsuz daxil olaraq, oradan 400 manat dəyərində rəngli televizor və 1000 manat nağd pulu gizli yolla talaması təsdiqini tapıb.

Dünya bu görüntüdən danışır - İzlənmə rekordları qırdı/ VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR