“Qızımı qarşılayanda gözlərim dolur” - Xalq artisti / VİDEO

“ARB Ulduz”un “Virtual Həyat” verlişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.

Metbuat.az xəbər verir ki, Xalq artisti qızını hər dəfə yola salanda canından can ayrıldığını deyib:

“Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün burdadır, sonra onu yola salacam. Mənə çox çətindir”.

Flora Kərimova kövrəkliyin övladları ilə bağlı olduğunu dilə gətirib:

“Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir, oğluma qızıma, iki nəvəmə aiddir. Çox nigaran yaşayıram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR