Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi

Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi
19:05 12 Aprel 2018
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Azərbaycanda seçkilərdə çoxlu sayda müşahidəçi iştirak edib. Bu həm ayrı-ayrı ölkələrdən, həm də beynəlxalq təşkilatlardan olan müşahidəçilər idi. Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi. Biz bu cür münasibəti həm də bəzi qərb qeyri-hökumət təşkilatlarından və qərb ölkələrinin rəsmilərindən görürük. Bu ölkələr və təşkilatlar əvvəlcədən hazırlanmış yanaşma nümayiş etdirdi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR