Türkiyə ABŞ və Rusiya arasında vasitəçilik edir

Rusiya və ABŞ hərbçiləri arasında rabitə kanalı açıqdır.

Metbuat.az-ın məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər bu rabitə kanalı vasitəsiylə əlaqə qurur. Peskov Vaşinqtonu Suriyada gərginliyi artıracaq addımlardan yayınmağa çağırıb.

Qeyd edək ki, xarici mənbələr Rusiya və Birləşmiş Ştatlar arasında gərginliyin azalması üçün Türkiyənin vasitəçi olduğuna dair məlumatlar yayıb. Yeri gəlmişkən son 24 saat ərzində Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin prezidenti - Donald Tramp və Vladimir Putinlə telefon əlaqəsi yaradıb. Gündəmdə Suriya münaqişəsi olub.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR