Mariya Zaxarova Azərbaycandakı seçkılərdən danışdı

Mariya Zaxarova Azərbaycandakı seçkılərdən danışdı
22:32 12 Aprel 2018
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşma meyli hələ seçkilərin özü keçirilənə qədər aydın görünürdü.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə MDB dövlətləri və Qərb ölkələrinin beynəlxalq müşahidəçilərinin seçkiləri qiymətləndirməsinin fərqliliyi ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərbdəki bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Qərb ölkələrinin rəsmi nümayəndələri tərəfindən təkcə Azərbaycana deyil, bir sıra ölkələrə qarşı belə münasibət sərgilənir. "Şübhəsiz ki, onlar öz sözlərini deməlidir. Lakin bununla bağlı biz çox gözəl başa düşürdük və deyirdik ki, bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkiləri mənfi qiymətləndirmə meyli hələ seçkilərin özünədək, bu cür qərəzli və əvvəlcədən formalaşdırılmış yanaşma olduğu zaman aydın idi", -deyə M.Zaxarova vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR