Bakının Binəqədi rayonunda yanğın olub.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.