Belçikanın xüsusi xidmət orqanları bir neçə terror aktının qarşısını alıblar

Belçikanın xüsusi xidmət orqanları bir neçə terror aktının qarşısını alıblar
20:38 11 Yanvar 2015
259 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Belçika ərazisində bir neçə terror hücumlarının qarşısı alındı. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Belçikanın ədliyyə naziri Koen Qins bildirib.

"Biz (hakimiyyət) hücumların qarşısını aldıq, bu barədə mən çox deyə bilmərəm", - Qins bildirib.

Belçika daxili işlər naziri Jan Jambon ölkələrin terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində xarici yaraqlıların vahid avropa siyahısının yaradılmasının zəruriliyi barədə bazar günü bəyan edib.

DİN rəhbəri bundan öncə bəyan edib ki, Belçikada son vaxtlar terror aktlarının qarşısı alınmayıb. Bu zaman Jambon terror təhlükəsi riskini qeyd edib. Qonşu Fransada baş vermiş terror aktlarına baxmayaraq, Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR