Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində

Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlarda nisbi artım müşahidə edilir.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Muğanlının qədim sürüşmə sahəsi olduğunu nəzərə çatdıran Ə.Qaralov bildirib ki, hazırda Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində də sürüşmə-çökmə prosesində aktivlik davam edir.

Ə.Qaralovun sözlərinə görə, Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində bir ilə yaxındır ki, sürüşmə-çökmə prosesi davam edir.

Ekspedisiya rəisi hazırda Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyətin stabil olduğunu söyləyib:

“Son günlər ərzində reperlər, mayaklar üzərində apardığımız müşahidələr də onu göstərir ki, ərazidə sabit vəziyyət hökm sürür”.

Ə.Qaralov bidirib ki, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmənin səbəbinin daha dəqiq müəyyənləşdirilməsi məqsədilə tədqiqatların aparılması üçün müəyyən qədər buruq-qazma işləri aparılıb.

Qazılan quyulardan götürülən süxur nümunələri laborator analizlərin aparılması üçün ETSN-nin laboratoriyasına təqdim edilib.

Nazirlik rəsmisi bu işlərin davam etdiriləcəyini də açıqlayıb.

Mərkəzi Bank bu günə olan məzənnəni - Açıqladı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR