Azərbaycanlı müğənni kişi həmkarlarını duelə çağırdı - VİDEO

Azərbaycanlı müğənni kişi həmkarlarını duelə çağırdı - VİDEO
11:24 13 Aprel 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Yaşar Yusub şou-biznesdə ona rəqib olan müğənnilərdən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, o ifasına görə, istənilən Azərbaycanlı müğənni ilə duelə çıxmağa hazırdır:

 

“Rəqibsiz müğənni yoxdur. Hamımız eyni işi görürük. Sən nə etməlisən ki, rəqibin olmasın? Bunu düşünürəm. Yaxşıları var, onları görüb daha da yaxşı işlər görmək lazımdı. Bütün kişi müğənnilərini özümə rəqib görürəm. İndi çox müğənni yoxdur. Rəqiblərimin adlarını çəkə bilmərəm. Yaxşılar mənə rəqibdir. Adlarını açıqlasam, sonra aramızda problem olar. Bəziləri özlərini yaxşı, “Nömrə 1” hesab edir, amma kənardan baxırsan ki, 6 aydır ki, yeni bir işi yoxdur. Hamı ilə münasibətim yaxşıdır. Bu günə qədər heç bir qadın, kişi müğənni deyə bilməz ki, Yaşarla aramda problem olub. Amma böyüklük kimi çıxmasın, bunu deməliyəm, Azərbaycanda istənilən kişi müğənnisi ilə oxumaqda duelə çıxmağa hazıram”.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR