Pakistanda bu dəfə avtobus faciəsi yaşandı: 57 ölü (VİDEO)

Pakistanda bu dəfə avtobus faciəsi yaşandı: 57 ölü (VİDEO)
20:46 11 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistanın Karaçi şəhərində baş verən avtobus qəzasında xeyli sayda insan ölüb.

ANS TV-nin məlumatına görə, qəza nəticəsində ölən 57 sərnişinin bədənləri tanınmaz hala düşdüyündən onların kimliyini müəyyən etmək çətinləşib.

Qəza Karaçidən 50 kilometr şərqdə Kazor qəsəbəsi yaxınlığında magistral yolda baş verib.

Zərərçəkənin ailə üzvü Məhəmməd Zübeyrin sözlərinə görə, bacım və qardaşım bu avtobusda ölub: “Onlarla sonuncu dəfə danışanda mənə bu gün evə gələcəklərini demişdilər. Mənim qardaşımın dörd uşağı var, bacımın oğlu yanımdadır. Bu, bacımın son tətil günü idi və o evə qayıdırdı”.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Yolların pis vəziyyətdə olması, nəqliyyat vasitələrinin vaxtlı-vaxtında texniki baxışdan keçirilməməsi və yol hərəkəti qaydalarının pozulması Pakistanı ən dəhşətli avtomobil qəzalarının baş verdiyi ölkələrdən birinə çevirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR