"Muğanbank"ın vəzifəli şəxsinə 8 İL HƏBS

"Muğanbank"ın vəzifəli şəxsinə 8 İL HƏBS
12:34 13 Aprel 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

"Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə N. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

 

İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

 

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR