Qaz kəmərində sızma baş verdi

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

Bu barədə Metbuat.az-a Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: "Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək".

Köpək balığının mədəsini açdı - İçindən çıxanlara İNANMADI / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR