Poroşenko İlham Əliyevi təbrik edib

Poroşenko İlham Əliyevi təbrik edib
14:37 13 Aprel 2018
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirdiyiniz siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqidir.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq gələcəkdə də qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında səmərəli şəkildə inkişaf edəcəkdir.

İnanıram ki, Ukraynaya gözlənilən rəsmi səfəriniz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına əlavə impuls verəcək və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə yardım edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Petro Poroşenko

Ukraynanın Prezidenti"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/642008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR