Emomali Rahmon Azərbaycana səfər edəcək

Emomali Rahmon Azərbaycana səfər edəcək
15:27 13 Aprel 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsini aprel ayının 13-də Tacikistan prezidenti Emomali Rahmona təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sonra Tacikistan prezidenti Emomali Rahmon səfir Həsən Məmmədzadəni təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı səfir Həsən Məmmədzadə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını prezident Emomali Rahmona çatdırıb.

İki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Tacikistan prezidenti Emomali Rahmonun ölkəmizə rəsmi səfəri müzakirə olunub. Emomali Rahmon dövlətimizin başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, həmçinin onun da salamlarını və 11 aprel prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini çatdırmağı xahiş edib.

Görüş zamanı səfir Həsən Məmmədzadə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra Tacikistan Prezidenti Emomali Rahmon Ulu Öndər Heydər Əliyev barəsində danışaraq onun dünya səviyyəsində necə böyük siyasətçi olduğunu, tarix boyu belə şəxsiyyətlərin çox nadir halda yeişdiyini bildirərək, Azərbaycanın parçalanmasının qarşısını aldığını, ölkəni inkişaf yoluna yönəltdiyini, dünya səviyyəsində müstəqil, öz sözünü demək iqtidarına malik olan dövlətə çevirdiyini digər səfirlərin diqqətinə çatdırdı və onunla bağlı öz xatirələrini bölüşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/642018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR