Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim"

Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim"
17:17 13 Aprel 2018
186 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri ilə Suriyada sülhün bərqərar olunması üçün nələr edə biləcəklərinə dair fikir mübadiləsi aparıblar: "Sülhün yaradılması ilə bölgədə yaşanan faciələrin sona çatacağına ümid etdiyimi bildirdim. Eyni zamanda Duma və Şərqi Gutadadakı vəziyyətdən bəhs etdik. Məndə orada baş verən hadisələrin videoları var. Həmin videoları Vladimir Putinə göndərdim". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/642055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR