"Hamı ağlayırdı"

ARB TV-nin “Səhər-Səhər” verlişində ilanla rəqs edərkən az qala boğulan Renkanın qohumları həyəcan keçirib. Metbuat.az yeniçağ-a istinadən xəbər verir ki, rəqqasənin köməkçisi onun güclə özünə gəldiyini deyib:


“Renka əslində qorxaq qız deyil, hər zaman risqli addımlar atmağa öyrəşib. Sadəcə olaraq, bu dəfə gözlənilməz vəziyyət yarandı, rəqs edərkən ilan onun boğazına dolanmağa başladı. O rəqsini sona qədər davam etdirmək istəsə də, mümkün olmadı. Ürəyi gedəcəkdi. Qohum-əqrəba, dost-tanış həyəcan içində zəng edir, ağlayırdılar. Qız indi-indi özünə gəlir. Yaxşı ki, qızı verilişə baxmayıb. Ümumiyyətlə, o uşağını iştirak etdiyi verilişlərə baxmağa icazə vermir. İstəmir uşaq həyəcan keçirsin”.

Qeyd edək ki, verilişə ilanla gələn rəqqasə Rəna boğulmaq təhlükəsi ilə üzləşib. Belə ki, boynuna doladığı ilan onu boğmağa başlayıb. Rəqqasəyə dərhal yardım göstərilib.

NASA Ayın yeni görüntüsünü yaydı - İnanılmaz - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR