Ziyafət Əsgərov ATƏT-ə sərt cavab verdi

Ziyafət Əsgərov ATƏT-ə sərt cavab verdi
18:29 13 Aprel 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının  və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri  birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır".

 

Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

 

Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

 

Z. Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: "Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR