BMT baş katibi: “Soyuq müharibə” qayıdıb

BMT baş katibi: “Soyuq müharibə” qayıdıb
19:19 13 Aprel 2018
84 Digər
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Antoniu Qutteriş beynəlxalq münasibətlərdə “Soyuq müharibə”nin geri qayıtdığını bildirib.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Qutteriş BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, “Soyuq müharibə” qayıtsa da, keçmişdə olduğu kimi gərginliyin artmasının qarşısını almaq üçün nəzarət mexanizmi artıq yoxdur.

 

BMT baş katibi Yaxın Şərqdəki vəziyyətin beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb: “Yaxın Şərqdə xaos dünyada sülh və təhlükəsizliyi təhdid edəcək miqyasdadır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR