50 il əvvəl torpağa gömülən avtomobili çıxardılar -

ABŞ-ın Oklahoma əyalətinin Tulsa şəhərində 1957-ci ildə torpağa gömülən avtomobil 50 il sonra çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, yerli nümayəndələr nəqliyyat vasitəsini gömərkən, yarışma da təşkil edib. Yarışmaya görə, nəqliyyat vasitəsi şəhərin 50 il sonrakı əhaləsinin sayını düzgün təxmin edən şəxsə veriləcəkdi.

Yerli sakinlərdən biri şəhərin əhaləsinin 50 il sonra 384 min olacağını təxmin edib. Onun cavabı hazırki rəqəmə daha yaxın olduğu üçün qalib elan edilib. Qeyd edək ki, hazırda Tulsanın 382 min sakini var.

Cavabı düzgün təxmin edən şəxs həyatını itirdiyi üçün avtomobil onun ailəsinə verilib. 50 il sonra torpaqdan çıxarılan nəqliyyat vasitəsinin görünüşünə gəlincə, onun əksər hissə paslanıb. Lakin şirkətlərdən biri avtomobili təmir edərək, icazə əsasında onu muzeydə sərgiləməyə qərar verib. Avtomobili görmək üçün növbələr olub.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR