Pakistanın sabiq baş nazirinə siyasətlə məşğul olmaq qadağan edilib

Pakistanın Ali Məhkəməsi ölkənin sabiq baş naziri Nəvaz Şərifə ömürlük siyasətlə məşğul olmağı qadağan edib.

Metbuat.az xəbər verir ki, bundan əvvəl Ali Məhkəmə Nəvaz Şərifi Pakistanın Müsəlman Liqası partiyasının liderliyindən kənarlaşdırmışdı.

2017-ci ilin iyulunda isə Ali Məhkəmə Nəvaz Şərifi Pakistanın baş naziri vəzifəsindən uzaqlaşdırmışdı. Nəvaz Şərif korrupsiyada şəbəkə yaratmaqda günahlandırılır.

Xatırladırıq ki, Nəvaz Şərif üç dəfə - 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə Pakistanın baş naziri vəzifəsində işləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR