Kimyəvi silahları Suriyaya kimlər gətirib? - Açıqlama

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəəfəri ölkəsinə kimyəvi silahları gətirən şəxsin kimliyini açıqlayıb.

Onun sözlərinə görə, qadağan olunmuş silahlar qanunsuz yolla Liviyadan çıxarılıb və bu işdə koordinator rolunu Haysam əl-Kassar adlı şəxs oynayıb. Metbuat.az-ın məlumatına görə, Cəəfəri iddia edir ki, qadağan olunmuş silahların Suriyaya gətirilməsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, FransaSəudiyyə Ərəbistanı kəşfiyyatının dəstəyiylə həyata keçirilib.

İşin maraqlı tərəfi isə budur ki, kimyəvi silahlar Liviyadan sərnişin təyyarəsiylə çıxarılıb. Suriyaya isə terrorçu qruplaşmaların vasitəsiylə keçirilib.

Sübhan / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR