Bakı sakini su çəninin altında qalaraq öldü

Bakı sakini su çəninin altında qalaraq öldü
03:19 14 Aprel 2018
159 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Fərhadov Sabir Allahverdi oğlu Novxanı qəsəbəsində əmisinə məxsus fərdi yaşayış evində işləyərkən ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

 

Faktla bağlı hadisə yerinə ilk olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları cəlb olunub.

 

Araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR