ABŞ Suriyada hərbi əməliyyata başladı

ABŞ Suriyada hərbi əməliyyata başladı
05:49 14 Aprel 2018
306 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

 

 APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidentİ Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

 

Onun sözlərinə görə, hazırda hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.

 

“Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

 

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

 

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR