Yevlaxda Ford Transit yük maşınına çırpılıb, ölən və yaralananlar var - FOTO

Yevlaxda Ford Transit yük maşınına çırpılıb, ölən və yaralananlar var - FOTO
08:22 14 Aprel 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində "Ford Transit" markalı "01-BM-681" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı "09-BC-050" dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı "Ford Transit"də olublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/642208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR