Play Store

Misirdə fövqəladə vəziyyətin müddəti uzadılıb

Misir prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, prezidentin fərmanında aprelin 14-dən başlayaraq bütün ölkə ərazisində fövqəladə vəziyyətin elan olunduğu bildirilir.

Ölkə başçısının fərmanına əsasən, Misirin bütün ərazisində terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün hərbi güvvələrə və polisə bütün səlahiyyətlər verilir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət keçən ilin aprelində Tanta və Aleksandriya şəhərlərindəki xristian kilsələrində terror aktları baş verəndən sonra elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR