Play Store

ABŞ əməliyyatından sonra - Suriyadan ilk açıqlama

Əsəd rejiminin Şərqi Qutanın Duma bölgəsində təşkil etdiyi kimyəvi hücumun ardından ABŞ Əsəd rejiminə aid kimyəvi qurğuları vurub.

Metbuat.az xəbər verir ki, hücumdan sonra Əsəd rejimindən “ Üçlü müdaxilə beynəlxalq hüquqa ziddir” açıqlaması gəlib.

Suriya dövlət televiziyası Dəməşqin Bərzəh bölgəsindəki araşdırma mərkəzinin hücuma məruz qaldığına dair xəbərlər yayımlayıb.

Əməliyyatın əvvəlindən etibarən Əsəd rejiminin səsi mövqeyində olan Suriya dövlət televiziyası Suriya müdafiə hava sisteminin atılan 30 raketdən 10-nun məhv edildiyini bildirilib.

Digər tərəfdən rejim tərəfindən edilən açıqlamada Hümusda atılan raketlər nəticəsində 3 nəfər yaralanıb. Həmçinin hücumdan əvvəl raketlərin vurduğu bazaların boşaldıldığı dünya mətbuatında paylaşılıb.

https://metbuat.az/news/932928/akademik-milli-dram...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR