Dializ mərkəzində iyrənc hadisə Gizli telefonla şəkillər çəkilib

Türkiyənin Ədirnə vilayətindəki dializ mərkəzində iyrənc hadisə qeydə alınıb.

Metbuat.az-ın Hürriyətə istinadən xəbərinə görə, dializ mərkəzinin paltardəyişmə otağında gizli telefon tapılıb. Məlumata görə, bir şəxsin telefon gizlədərək orada qadın işçilərin və xəstələrin şəkillərini çəkdiyi iddia olunur.

Araşdırmalar nəticəsində gizli görüntüləri çəkən telefonun dializ mərkəzində çalışan S.Y. adlı şəxsə aid olduğu müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan S.Y. məhkəmədə həbs olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR