Play Store

Kəndlilər göbələk təsərrüfatından -ildə ildə 3 milyon qazanırlar

Buldurun Antınyayla bölgəsindəki Çatak kənd əhalisi Mustafa Külür sayəsində göbələk yetişdirərək gəlir əldə edirlər.

Metbuat.az xəbər verir ki, kəndlilər həyətlərində qurduqları iqlimləndirmə xüsusiyyətinə malik 150 istehsalat otağında illik hesabla 1800 ton göbələk istehsal edirlər. Samsun, Muğla, Antalya, İzmir və Bursa kimi şəhərlərə göndərilən və kilosu 4 lirəyə satılan göbələk 585 nüfuzlu kənddə vətəndaşların sevincinə səbəb olub.

39 yaşındakı 3 uşaq atası Mustafa Külür kəndliləri bu göbələklə tanış etmiş və hər kəsi bu göbələyin istehsalına sövq etmişdir. O göbələk yetişdirməyi Antalyanın Korkuteli bölgəsində öyrəndiyini deyib. Altınyayla İcra Hakimiyyətinin dəstəyilə 2008- ci ildə kənddə iki istehsal otağı quraraq göbələk yetişdirməyə başlayan Külür otaq başı 15 min lirə qazanaraq işini böyüdüb.

Külür “ İstehsal etdiyimiz göbələk keyfiyət olaraq Türkiyədə ən yaxşıdır”deyib. “Hər biçində normal şərtlərdə zərərlər də əlavə olunaraq, təxminən 2 min lirə və 3 min lirə arasında otaq başına gəlir əldə edilir” deyə bildirib.

Öz təsərrüfatında 12 işçinin çalışdığını deyən Külür 15 otaq ilə istehsal etdiyini bildirərək, köç etmiş kəndlilərin də geri qayıdaraq göbələk işi ilə məşğul olduğunu deyib.




https://metbuat.az/news/932916/hindistanda-iqtidar...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR