Play Store

Yevlaxda qəza Ölən və yaralananlar var

Aprelin 14-də gecə saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 286-cı kilometrliyində Yevlax ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobillə “KamAZ” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınının toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Emin İlham oğlu ölüb. İki nəfər müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar “Ford Transit” markalı avtomobildə olanlardır.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR