Rosbalt: "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan mühüm iqtisadi uğurlara nail olub"

Rosbalt: "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan mühüm iqtisadi uğurlara nail olub"
13:12 14 Aprel 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyevin prezidentliyi dövründə, yəni 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadi inkişafda mühüm uğurlara imza atıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Rosbalt" informasiya agentliyinin məqaləsində yazılıb.

Məqalənin müəllifi İrina Corbenadze Prezident İlham Əliyevin idarəçiliyi dövründə əldə etdiyi uğurlar arasında ölkənin daxili-siyasi həyatının sabitliyi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, "Cənub Qaz Dəhlizi" və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yeni karbohidrogen yataqlarının işlənməsi və s. qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin daxili və xarici siyasətindən danışarkən müəllif bildirib ki, Azərbaycan heç kimə öz işlərinə qarışmağa icazə vermir ki, bu da həmin təcrübəni tətbiq etməyə öyrəşənlərin xoşuna gəlmir:

"Hər kəsə aydındır ki, Azərbaycanla küsmək, xüsusən də "rəngli çevrilişlər" etmək perspektivsiz işdir".

Qeyd olunur ki, Azərbaycan "İpək yolu" arealında aparıcı mövqeyə malikdir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də onun Rusiya qazından qismən azad olmasında əsas "oyunçu" kimi qəbul olunur:

"Azərbaycan təkcə region üçün, həm də Qərb üçün önəmlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/642306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR