Bakı metrosunda cibgir tutuldu

Bakı metrosunda cibgir tutuldu
14:14 14 Aprel 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Metropolitenində cibgir tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində  ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.  

Belə ki, aprelin 13-də saat 18.30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb. 

R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR