“Mir” Teleradio şirkəti: Prezident seçkiləri Azərbaycanın həyatında yeni bir dövr açdı

“Mir” Teleradio şirkəti: Prezident seçkiləri Azərbaycanın həyatında yeni bir dövr açdı
14:57 14 Aprel 2018
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilmiş prezident seçkiləri ölkənin həyatında yeni bir dövr açdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Mir" Dövlətlərarası teleradio şirkətinin Belarus nümayəndəliyinin direktoru Vladimir Pertsov deyib.

O bildirib: "Mən prezident seçkiləri ilə əlaqədar azərbaycanlı həmkarlarıma və əlbəttə ki, bu seçkilərdə xalqın qəti dəstəyini almış, ölkəmizin və Prezidentimizin əsl, etibarlı və səmimi dostu olan İlham Heydər oğlu Əliyevə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Əminəm ki, prezident seçkiləri ölkənin həyatında yeni bir dövr açdı. Belarus Prezidentinin də öz təbrikində qeyd etdiyi kimi, səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuq kursu ilə yüksək həmrəyliyini təsdiq etdi".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/642322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR