Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub

Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub
18:52 14 Aprel 2018
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində yanğın olub.

Milli.Az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavanı 14 m² sahədə əriyib. Yanğın zamanı yuxarı mərtəbədən ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunublar.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/642355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR