​Moskva Sergey Skripalın zəhərlənməsi ilə bağlı

Moskva Sergey Skripal və onun qızı Yuliyanın kimyəvi hücuma məruz qalması ilə bağlı diqqətçəkən məlumatlar açıqlayacaq.

Metbuat.az-ın məlumatına görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlamayla çıxış edib. O bildirib ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının hadisə ilə bağlı təqdim etdiyi hesabat ətraflı şəkildə araşdırılır.

Diplomatın sözlərinə görə, hesabatda təkcə maddənin tərkibi təsdiq olunub. Sənəddə Böyük Britaniyanın hadisə ilə bağlı roluna dair heç bir açıqlama verilməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR