Play Store

Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır

“Şimal axını-2” layihəsi artan siyasi müqavimətlə üzləşir. Lakin layihənin həyata keçiriləcəyi təqdirdə qazın Avropaya Ukraynadan nəqli, aydındır ki, 2019-cu ildən sonra da saxlanıla bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin baş məqaləsində deyilir.

Əvvəlcə Ukrayna nəqlini “Cənub axını” ilə əvəzləmək planlaşdırılırdı. Lakin “Qazprom” bu layihədən imtina etdikdən sonra bu nəqli Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən ikinci qaz xətti ilə əvəz etmək qərara alınıb.

Dünənə qədər elə təsəvvür vardı ki, “Şimal axını-2”nin çəkilişinə artıq heç nə mane ola bilməz. Almaniyanın nüfuzlu energetika konsernləri layihəyə fəal lobbiçilik edirlər. Onların maraqları aydındır. Birincisi, onlar Rusiyadan qazı imtiyazlı qiymətlərlə, özü də əsassız olmadan almağı nəzərdə tuturlar. İkincisi, Ukrayna nəqlinin dayandırılması onlar üçün əlavə rəqabət üstünlüyü sayıla bilər, çünki bu halda məhz Almaniya “Naftoqaz Ukrainı” şirkətinin rəhbəri Andrey Kobolevin “Bild”ə müsahibəsində qeyd etdiyi kimi, “Rusiya qazının Avropada əsas və yeganə qaz habı rolunu oynayacaq”.

Ukrayna, Polşa və Baltik ölkələrinin siyasi təşvişini, həmçinin Avropa Komissiyasının “Qazprom”la danışıqlara mandat tələb edən etirazını rəsmi Berlin rədd edib. “Şimal axını-2” qaz kəməri guya kommersiya layihəsidir və onu tikib-tikməmək qərarını layihədə iştirak edən şirkətlər verməlidirlər. Almaniya hökumətinin nümayəndələri jurnalistlərin suallarını hər dəfə bu formada cavablandırıblar. Lakin bu həftə Angela Merkel yeni qaz kəmərində “siyasi amillər”in mövcudluğunu təsdiq edərək, “etiraza çox diqqətlə qulaq asdığını” bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR