Piyada ölümü

Piyada ölümü
01:49 15 Aprel 2018
241 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu  Şirvan sakini, 1966-cı il təvəllüdlü Vəliyev Camal Gülasət oğludur. 

****  

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 00.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti müəyyən olunmayan təxminən 40-45 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb. Meyit Şirvan morquna yerləşdirilib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR