Parisdəki aksiyada Azərbaycan baş nazirinin müavini iştirak edib

Parisdəki aksiyada Azərbaycan baş nazirinin müavini iştirak edib
21:37 11 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Parisin Respublika meydanında keçirilmiş həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Ə. Əhmədov yürüşə qatılıb.

Qeyd edək ki, bu gün Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR