Play Store

Terrorçuların daha bir sığınacağı ələ keçirildi - Afrində / VİDEO

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu birliklərinin (ASO) apardığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Afrin rayonunda min terrorçunu saxlamaq gücünə sahib sığınacaq ələ keçirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sığınacaq Afrini əhatə edən dağlarda bir meşə sahəsində yer alır. Yerin 10 metr dərinliyindəki qərargahın üstü şam meşəliyi ilə örtülüdür. Sığınacağın döşəməsindən əsas girişə enən 8 metr genişliyindəki yol yer altına girdikdən sonra 100 metr uzunluğundakı tunellə davam edir.

Girişdən etibarən bütün tunellər avtomobillərin asanlıqla girməsi üçün hündür inşa edilib. Xüsusi iş texnikası ilə qazılan yeraltı sığınacağın çoxlu sütün və bir metrdən qalın divarları var.

Xatırladaq ki, yanvarın 20-də başlayan "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulara aid çox sayda tunel və sığınacaq ələ keçirilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR