Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir

Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiyanın "İzvestiya" qəzetinə verdiyi müsahibəsini şərh edərkən bildirib.

O qeyd edib: "Hakimiyyətdə olduğu müddətdə dövlətin inkişafı və xalqın rifahının yaxşılaşması ilə bağlı heç bir nəticəsi olmayan Ermənistan rəhbərliyi görünür qarşıdan gələn hakimiyyət dəyişikliyi ərəfəsində müsahibələr və propaqanda vasitəsilə bunu kompensasiya etməyə çalışır.

Son on il ərzində Ermənistanın xarici borcu sürətlə artaraq, 7 milyard ABŞ dolları həcminə yaxınlaşır. Bu rəqəm də milli qanunvericilikdə xarici borcun ümum daxili məhsula nisbətində qoyulmuş həddi aşmışdır. İşsizlik yüksək həddə olaraq 18.9%, yoxsulluq isə 32% təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir. Ölkə demoqrafik böhran şəraitindədir. Bu real sosial-iqtisadi mənzərinin fonunda hansısa iqtisadi inkişafdan danışmaq yalnız xülyadır.

Müsahibədə Ermənistan rəhbərliyi ölkəsinin özünü təcrid vəziyyətində olmasını və nəqliyyat çıxışının olmasını etiraf edir. Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə və digər qonşu dövlətlərə qarşı ərazi iddialarına görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünü təcrid vəziyyətindədir. Ermənistan BMT Nizamnaməsi əsasında üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə yaşayan köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədib.

İşğala məruz qaldığı halda, işğalçı dövlətlə danışıqlar aparmaq Azərbaycan tərəfindən nümayiş etdirilən ən böyük güzəştdir. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.

Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır, iqtisadi və sosial qanunauyğunluqdur. Ermənistan rəhbərliyi nə qədər bunu tez dərk edərsə, bir o qədər tez Ermənistan əhalisi üçün yaxşı olar".

Sabahın havası AÇIQLANDI - XƏBƏRDARLIQ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR