Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb
20:05 16 Aprel 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/642873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR