Yevlaxda ağır yol qəzası - Ölən və yaralananlar var / FOTOLAR

Yevlaxda ağır yol qəzası baş verib.

Metbuat.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə Yevlax rayonu ərazisində baş verib.

“VAZ-2106” markalı “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza zamanı avtomobildə 4 nəfər olub.

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR