İrəvanda ara yenə qarışmağa başladı

İrəvanda ara yenə qarışmağa başladı
21:14 16 Aprel 2018
109 Digər
Ölkə mətbuatı
A- A+

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

 

APA-nın “Sputnik-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

 

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. Etirazçılar Fransa meydanında gecələməyə qərar veriblər.

 

Qeyd edək ki, bu gün İrəvanda keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir. Kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR