“Ağıllı” “Google” mikroskopu xərçəngi diaqnozlaşdırmağa kömək edəcək

“Ağıllı” “Google” mikroskopu xərçəngi diaqnozlaşdırmağa kömək edəcək
11:35 18 Aprel 2018
Ölkə mətbuatı
A- A+

"Google" şirkətinin mühəndisləri toxuma nümunələrində xərçəng hüceyrələrinin aşkarlanması üçün süni intellektdən istifadə edən əlavə reallığa malik mikroskop prototipi təqdim ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Gagadget" resursuna istinadən yazır ki, şirkət mütəxəssisləri tərəfindən adi optik mikroskop modifikasiya edilib. Okulyarda baxılan nahiyə kamera ilə qeydə alınaraq neyron şəbəkələrə göndərilir. Neyron şəbəkələr tərəfindən patoloji hüceyrələr aşkarlanır və həmin nahiyə şəffaf displey vasitəsilə göstərilir. Əlavə təsvirdə bu yerlər dərhal görünür ki, bu da mütəxəssisin işini asanlaşdırır. Layihə müəlliflərinin sözlərinə görə, bu yanaşma dəqiqliyinə görə peşəkar patoloq tərəfindən ənənəvi diaqnozqoymadan geri qalmır.  
 
Məlumata görə, eksperimentlər hələ ki prostat və süd vəzi xərçəngini aşkarlaya bilən sistemlər üzərində keçirilib. Sistemlər hazırda real vaxt rejimində saniyədə 10 kadr tezliyi ilə işləyirlər. Nümunənin yeri dəyişilən zaman şəkil dərhal skan edilir və nəticə ekranda göstərilir.
 
Gələcəkdə mikroskopun digər xərçəng tiplərini, vərəm və malyariya xəstəliklərini aşkarlaması planlaşdırılır.
 
Nizam Nuriyev
 





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53967-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR