Qubada qadını döyərək öldürən şəxs tutuldu

Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.

Valverde risk etdi, komandası xal itirdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR