3 xüsusi Land Rover Defender - VİDEO - FOTO

3 xüsusi Land Rover Defender - VİDEO - FOTO
23:05 11 Yanvar 2015
245 Digər
Ölkə mətbuatı
A- A+

Land Rover şirkəti əfsanəvi Defender yolsuzluq avtomobilinin çoxsaylı eksklüziv tərtibat elementləri əldə etmiş üç xüsusi versiyasını açıqlayıb. Xatırladaq ki, 2015-ci il Land Rover Defender yolsuzluq avtomobili üçün son buraxılış ilidir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Land Rover Defender Heritage Edition xüsusi versiyası Defender modelinin ilkin buraxılışlarından ilham almış, lakin müasir interpretasiyada təqdim edilir. O, 400 nüsxədən ibarət məhdud tirajla buraxılacaq və 27 800 funt-sterlinq start qiymətlə təklif ediləcək. İlk müştərilər öz eksklüziv yolsuzluq avtomobillərinə bu ilin avqustunda sahib ola biləcəklər.
 
Yolsuzluq avtomobilinin ikinci xüsusi modifikasiyası Land Rover Defender Adventure Edition 2015-ci ilin avqustunda satışa daxil olacaq və 43 495 funt-sterlinq başlanğıc qiymətlə təklif ediləcək. Avtomobilin buraxılışı 600 nüsxə ilə məhdudlaşacaq.
 
Yolsuzluq avtomobilinin üçüncü xüsusi versiyası Land Rover Defender Autobiography Edition bu xüsusi versiyalar arasında ən bahalı və ən dəbdəbəlisidir. Avtomobilin qiyməti 61 845 funt-sterlinqdir. Diler mərkəzlərinə avtomobil bu ilin avqustunda daxil olacaq. Bu avtomobildən cəmi 80 nüsxə buraxılacaq.
 
Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR