Cavid Hüseynovdan “Neftçi”ni qəzəbləndirəcək SÖZLƏR - MÜSAHİBƏ

Cavid Hüseynovdan “Neftçi”ni qəzəbləndirəcək SÖZLƏR - MÜSAHİBƏ
16:48 19 Aprel 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” komandasının kapitanı Cavid Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsi cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Qəbələ” oyunu haqqında fikirlərini Publika.az-la bölüşüb.

- Oyunun ümumi ab-havası sizi qane etdimi?

- Evdəki məğlubiyyətdən sonra bilirdik ki, revanş çətin olacaq. Ancaq şansımızın qaldığına da inamımız var idi. Şükürlər olsun ki, layiqli qələbəmizi qazandıq və finala vəsiqəni təmin etdik.

- Revanş matçına komandanı nə motivasiya etdi?

- “Qəbələ” elə komandadır ki, iddiasını heç vaxt itimir. Ola bilməzdi ki, çempionatdakı ikinciliyimiz kubok oyunlarına da təsir etsin və biz aşağı səviyyədə çıxış edək. Doğrusu, çempionatln liderilə aramızdakı böyük xal fərqi bizi məyus edirdi. Buna görə kubok oyunlarına kökləndik.

- Oyunda hesabı rəqib açdı. Ancaq buna baxmayaraq, üstünlük “Qəbələ”də oldu və meydandan qalib ayrıldınız. Matçın dönüş nöqtəsi hansı epizod oldu?

- Matçın dönüş nöqtəsi elə rəqibin hesabı açmağı oldu. Biz başa düşdük ki, məğlub olmuşuq, ancaq bizdə “Neftçi”yə qalib gələcək potensial var. Rəqibin qolu bizim üçün təkan oldu. Hər şeyin bahasına inamımızı itirmədik və bu inam sayəsində irəli keçdik. Hətta deyim ki, hesab daha böyük ola bilərdi.

- “Neftçi”nin hansısa məqamlarda üstünlüyünü hiss edirdiniz?

- Mənə elə gəlir. Belə bir epizod olmadı. Oyuna baxanlar da dəqiq deyə bilər. Hətta deyərdim, elə bir epizod yox idi ki, “Neftçi” hansısa komponentdə bizi üstələsin.

- Bir neçə gün sonra yenidən “Neftçi” ilə üz-üzə gələcəksiniz. Dünənki oyunun nəticələri həmin oyuna təsir göstərərmi? Yəni rəqib daha aqressiv oyun sərgiləyə bilər?

- Düşünmürəm. Rəqibin adından danışa bilmərəm, ancaq bizdə belə hal olmayacaq. O, çempionatı oyunudur, bu kubok. Ancaq istənilən halda, biz ikinciliyimiz saxlamağa və bütün oyunlarda qələbə qazanmağa çalışacağıq.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR